top of page

Rusiyadan Türkiyəyə dost olmaz

Türkiyə, yəni Ərdoğan hakimiyyəti ölkə daxilində yaşayan xalqlarını bir arada tutmaq üçün çalışmalıdır. Türkiyə hər zaman müxtəlif xalqların bir arada dost və doğma hisslər ilə yaşamasıyla güclü olub.

Türkiyədə müxtəlif güclərin, xüsusiylə də Rusiyanın "dost" görünməklə, əslində isə çömçəlik etdiyini görmək çətin deyil. Bu gün sayın Ərdoğanın Amerikaya qəzəbi, elə Amerikanın acığına Rusiyaya yaxınlaşmaq cəhdi Türkiyənin başında çartlayacaq.

Rusiyadan Türkiyəyə xüsusən də Türklərə heç vaxt dost olmuyub, olmayacaq da. Tarixin bütün dövrlərində bunu görmək və oxumaq olar. Rusiya heç bir zaman yaxınındakı dövlətlərin ondan daha güclü olmasını istəmədi. Hələ budövlət müsəlman və üstəlik də Türkdürsə...

Çünki, Rusiya bölgədə bir sözünün ikinci güc dövləti tərəfindən müzakirə olunub, hesabat sorulmasını istəməz. Sadəcə indi Rusiyanın Türkiyəyə "dost" görünməsi Türkiyənin də Amerika ilə münasibətlərinin yaxşı olmaması fürsətidir. Türkiyəyə maska taxıb yaxınlaşmaq istəyi Türklə bağlı fikrinin dəyişdiyi anlamına gəlmir. Bu olsa olsa yeni planlarını icra etmək məqsədi daşıyır.

İndi bu iki dövlətin Amerikaya olan qəzəbi Türkiyəni və Rusiyanı Suriya və Afrin məsələsində müttəfiq edib. Amma bu o demək deyil ki, Rusiya vurulan hərbi təyyarəni unudub... Nə də Bölkədə özünə rəqib istəyir.

Nə baş verdi ki, əvvəl Türkiyə hökumətinin Əsəd və Suriya ilə bağlı tutumuna qarşı çıxan Rusiya bu gün Afrin məsələsində Türkiyəyə zəmin hazırladı? Nə baş verdi ki, bu gün Türkiyə çox rahatlıqla Afrini bombalayır və Rusiya Türkiyənin qarşısına çıxmır? Rusiya birdən birə Türk sevdalısımı oldu yoxsa Çarlarının Türklərlə bağlı öyüd-nəsiyyətlərini unutdu? Heç biri əlbəttə ki...

Bu gün Türkiyə Qarabağ məsələsində Rusiyanın oynadığı ikili oyununu, saxta erməni soyqırımı məsələsində ermənilərə dəstəyini, 20 Yanvar hadisəsini, Sumqayıt hadisələrini, elə Osmanlı zamanındakı Rusiyanın siyasətini unudur ya da görməzdən gəlirsə deməli bu Ərdoğanın da hakimiyyətdə uzun illər qalması üçün gerçəkliklərin üstünə pərdə örtməkdir.

Hazırda Rusiya, bölgədə yeni qarışıqlıq yaradmaq üçün Türkiyəni maşa kimi istifadə edir və Türkiyəni daha da zəyiflətmək üçün daxilində və qonşularında problem yaradır. Daxildə mediada vasitəsi ilə bəzi güclər davamlı Kürd-Türk sözlərini istifadə edir. Bu ayrı-seçkilik artıq qızışmağa başlayır. Hər yerdə Kürd sözü istifadə edilir. PKK sözü ikinci plana keçir sanki.

Birilərinin çox bariz şəkildə ayrı-seçkilik salmaq istəməsi çox aydın görünür. Xəbərlərdə, yazılarda Türk və Kürd sözləri çox qulaq deşir, göz çıxarır. Türkiyə Kürd millətini görməzdən gələ, saymaya bilməz. Uzun illər bu xalqlar bir arada yaşayıblar və onların hazırda Türkiyənin ərazisində yaşaması onların olmadığı anlama gəlmir. Kürdlər olub, var və Kürd xalqı Türk xalqına düşmən kimi köklənməməlidir. Sadəcə Türk xalqı qədim deyil, Qədim xalqlar var və Kürdlər də qədim xalqlardandır. Hər millətin tarixi onun üçün əziz və qədimdir, Bu gün Türkiyənin daxilindəki ziyanverən qüvvələr cahil insanların ağzı ilə "Türk daha qədimdir, kürdün torpağı olmayıb" kimi qızışdırıcı və Kürdləri qəzəbləndirə biləcək fəndlərdən istifadə edir.

Türkiyə ərazisində Kürdlərin sıx yaşadığı bölgələr varsa, Türkiyə məclisində millət vəkilləri ilə təmsil olunurlarsa, Partiyaları və Kürdlərin hörmət etdikləri Partiya həmsədrləri və sədrləri varsa, mədəniyyətlərində, yəni musiqilərində, ədəbiyyatlarında, tarixlərində təmsilçiləri ilə qatqıları olubsa demək ki, bu xalq görməzdən gəlinə bilməz.

Çıxışlarında və davranışlarında verdiyi mesajlardan yola çıxarsaq daha çox dini əsas tutduğu, dindar və ədalətli olduğunu hər kəsə göstərmək istəməsini, Kürd bölgələri gedərkən əlinə Kürdcə Quran alıb çıxış etməsini əsas tutaraq islamdan misal gətirim. İslam dini Hz Məhəmməddən basqa bütün dinlərin peyğəmbərlərini qəbul etməyi əmr edir və biz də qəbul edirik. Özündən əvvəlki heç bir şeyi inkar etmədiyi bir dinin daşıyıcılarıdır Kürdlər və Ərdoğanın din qardaşlarıdır. Ərdoğan öz ölkəsində yaşamayan, lakin din qardaşı olduğu üçün ərəblərin savaşda çəkdiyi əziyyətlərə göz yaşı tökür, amma öz ölkəsində yaşayan, din qardaşı olan günahsız Kürd öləndə göz tökmür, üstəlik hadisə ilə bağlı takipsizlik qərarı alır.

Söz yox ki, Ərdoğana qədər də PKK məsələsi var idi, amma heç vaxt məsələ bu günkü həddə çatmamışdı. Bu gün Türkiyədə Ərdoğandan sonra Türdcə Televiziya açıldısa, Kürd dilində media varsa demək ki, ölkə səviyyəsində Kürdlər qəbul olunub. Kürd və Türk məsələsi müzakirə olunmamalıdır. Necə ki, Ərdoğanın əleyhinə yazılan bir status nəzərdən qaçmır və dərhal həbsə atılırsa, Türk və Kürd sözlərini qabardan insanlar və media orqanları da cəzalana bilər. Amma cəzalanmır. Cəzalanmırsa demək ki, bu məsələnin qızışması elə indiki hakimiyyətin də işinə yarayır.

Hazırda Türkiyədə problem PKK-dırsa o zaman sadəcə PKK müzakirə olunsun. Türk və Kürd xalqı ölkələrində ədaləti bərpa etmək üçün PKK ya qarşı birlikdə savaşsınlar.


Ramal Huseynov
TV journalist & Writer

I'm a paragraph. Click here to add your own text and edit me. Let your users get to know you.

My corner posts​
www.interpress.az

Business Plan

Writing A-Z

 
FREE COURSE
(Valued at $250)
 

Learn all you need in order to create a

stellar business plan for your endeavor!

My activity
 

The parliamentary elections in 2015

Search By Tags
No tags yet.
bottom of page